Əmtəə bazarlarında qızıl 4 000 dollardan aşağı səviyyədə ticarət olunur 

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

“Referans” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,48% artaraq 3 979,35 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,49% artaraq 47,525 ABŞ dolları olub./APA-Economics/  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki