“Nə qədər saxtasansa, ətrafın o qədər genişdir”

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Referans Media  xəbər verir ki, fotolarını yayımlayan müğənni bunları yazıb:

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir. Nə qədər saxtasansa, ətrafın o qədər genişdir”.

Dadaşova daha sonra oruc tutanlara “Oruc nəfsinə hakim olmaq, qəlbinin, əməllərinin təmizliyinə riayət etməkdir. Bu da sadəcə 1 ay deyil, bir ömür boyu olmalıdır” sözlərini deyib.

İnsanlarla məsafəli olduğunu bildirən müğənni “Məsafə hörmətsizliyə verilən ən gözəl cavabdır” deyə, əlavə edib. \axşam.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki