image-netanyahu-trumpbackend

Netanyahudan inanılmaz istək: Tramp İranla bağlı xahişi qəbul etdi

İsrailin Baş naziri Benyamin Netanyahu da ABŞ Prezidenti Donald Trampdan İrana qarşı hərbi əməliyyatlardan çəkinməsini xahiş edib.

Referans Media xəbər verir ki,  bu barədə “Nyu York Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Trampla Netanyahu arasında telefon danışığı yanvarın 14-də baş tutub. İsrailin Baş naziri ABŞ-ın İrana qarşı mümkün hərbi hücum planlarının təxirə salınmasını istəyib.

Eyni zamanda, ABŞ-ın regional tərəfdaşları da oxşar mövqedən çıxış edərək, hərbi ssenarinin riskli nəticələrə səbəb ola biləcəyini deyiblər.

Qeyd edək ki, bəzi ərəb ölkələrinin nümayəndələri də ABŞ Prezidentini İrana hərbi zərbə endirməməyə çağırıblar.

Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki