Nəvainin Qazaxıstana girişi qadağan edilməyib

Xəbər verdiyimiz kimi, Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirovla bağlı cinayət işinə xitam verilərək sərbəst buraxılıb.

Referans Media xəbər verir ki, narkotik vasitələrlə bağlı iş üzrə saxlanılan reper artıq Moskvaya qayıdıb. Rusiya mətbuatında onun Qazaxıstana girişinə 5 il müddətinə qadağa qoyulduğu barədə məlumatlar yayılsa da, Jambıl vilayətinin Polis Departamenti bu xəbəri təkzib edib.

Departamentdən bildirilib ki, reperin ölkəyə girişinə 5 illik qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Reperin vəkili Rəna Kərimovanın sözlərinə görə, narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılan, lakin məhkəmə prosesinə qədər işi yekunlaşan Nəvainin Qazaxıstana girişinə qadağa qoyulmayıb. Bundan əlavə, sənətçi konsertlər vermək üçün Qazaxıstana qayıtmağı planlaşdırır:

"O, geri qayıdacaq. Deportasiya yoxdur".

Qeyd edək ki, Nəvai daha əvvəl Qazaxıstanla Qırğızıstanın sərhədində saxlanılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra reper girov müqabilində sərbəst buraxılıb. Ardınca onun barəsindəki cinayət işinin dayandırıldığı və ölkədən çıxarıldığı məlum olub./Axşam.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki