Türkiyə Super Liqasında 8-ci turun oyunları başa çatıb. "Erzurumspor" komandasında forma geyinən Nəriman Axundzadə 3 matçda oynamağa imkan tapıb. "Qarabağ"ın sabiq forvardı ilə əlaqə saxlayıb liqa barədə fikirlərini soruşduq.
Referans Media bildirir ki, onun Fanat.Az-a açıqlaması belə oldu:
- Türkiyə Super Liqası ilə bağlı təəssüratlarınız necədir?
- Türkiyə çempionatı inkişaf baxımından çox yaxşıdır, matçlara azarkeş marağı da yüksək səviyyədədir.
- Toral Bayramovla danışırsınız?
- Bəli, Toralla danışırıq. Vaxt tapdıqca əlaqə saxlayırıq, tez-tez söhbət edirik.
- "Qarabağ"dan təklif gəlsə, komandaya qayıdarsınız? Ümumiyyətlə, Azərbaycandan təklif gəlib?
- “Qarabağ” mənim evim kimidir, amma Azərbaycana qayıtmağı düşünmürəm. Bütün fikrimi karyeramı ölkə xaricində qurmağa yönəltmişəm, bunun üçün çox çalışıram. Azərbaycandan təklif gəlibsə də, xəbərim yoxdur.
