“Nişanlı idi, qismət olmadı...” - Şəhid atası

‘Nişanli idi, yanvarda toyu olacaqdı. Qismət olmadı’. 

Referans Media xəbər verir ki, bunu şəhid Məhəmməd Şəbiyevin atası Vaqif Şəbiyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanda Bizim.Media-ya açıqlamasında bildirib. 

O bildirib ki, özü də zabitdir. 

Atasının sözlərinə görə,şəhid Məhəmməd Şəbiyev Heydər Əliyev adına ali hərbi məktəbi bitirib, leytenant rütbəsi alıb.
 

"Oğlum Ağdamda qulluq edirdi. Vətən müharibəsində Ağdamın qorunmasında iştirak edib. Sonradan onları Suqovuşana göndərdilər. Suqovuşan yüksəkliyində bir neçə erməni səngərini darmadağın etdikdən sonra oktyabrın 4-də  şəhid olub. Nişanli idi, yanvarda toyu olacaqdı. Qismət olmadı". 


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Anım Günü kimi qeyd edilir.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olub.

Müharibə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnib.

Vətən müharibəsində 2908 hərbi qulluqçu şəhid olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki