Millətlər Liqası: Avropada səkkiz maraqlı duel

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.

Referans Media xəbər verir ki, bu oyun günündə səkkiz matç baş tutacaq.

A Liqasının II qrupunda Serbiya Niderlandla, Almaniya isə Yunanıstanla qarşılaşacaq. A Liqasının IV qrupunda Danimarka Uelsi qəbul edəcək, Norveç isə Portuqaliya ilə üz-üzə gələcək.

B Liqasının III qrupunda Avstriya Kosovo, İsrail isə İrlandiya ilə qarşılaşacaq.

D Liqasında isə iki oyun keçiriləcək. I qrupda Cəbəllütariq Andorra ilə üz-üzə gələcək. II qrupda isə Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası

27 sentyabr

A Liqası, II qrup

20:00. Serbiya - Niderland;

22:45. Almaniya - Yunanıstan.

A Liqası, IV qrup

20:00. Danimarka - Uels;

22:45. Norveç - Portuqaliya.

B Liqası, III qrup

20:00. Avstriya - Kosovo;

22:45. İsrail - İrlandiya.

D Liqası, I qrup

20:00. Cəbəllütariq - Andorra.

D Liqası, II qrup

17:00. Litva - Azərbaycan.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki