BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu gələn il Bakıda keçiriləcək?

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyasının beşinci günündə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra yüksəksəviyyəli tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

Referans Media xəbər verir ki, o, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Dostlar Qrupunun yüksəksəviyyəli iclasında Azərbaycanın Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumundakı aparıcı rolunu vurğulayıb.

Həmçinin Azərbaycanın 2027-ci ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətində olduğunu bəyan edib.
 

O, Qüds məsələsi üzrə Ərəb-İslam ölkələrinin birgə nazirlər toplantısında beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, Əl-Qüds əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olduğu iki dövlətli həllə Azərbaycanın qəti dəstəyini bir daha ifadə edib.


Yalçın Rəfiyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə Qvineya-Bisau Respublikasının xarici işlər naziri xanım Fatumata Jau və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə ikitərəfli görüşlər keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki