Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin IV tədris binasında növbəti dəfə şəhər sakinləri ilə səyyar görüş keçirib.
Referans Media xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri arasında işlə təminat, maddi yardım və digər məsələlər yer alıb. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.














