“İnter Mayami” Liqalar Kubokunun qrup mərhələsində Meksikanın “Leon” klubuna məğlub olub (2:3).
“İnter Mayami”nin qollarını Daniel Pinter və Yannik Brayt vurublar. “Leon”da isə Daniel Arsila dubl edib, Xuan Dominqes isə bir dəfə topu tora qovuşdurub.
Lionel Messi 46-cı dəqiqədə meydana daxil olub, lakin o heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.
Bu görüş argentinalı vingerin atası Xorxe Messinin vəfatından sonra ilk oyunu olub.
Superulduz bu mövsüm Amerika klubunun heyətində 19 matça çıxaraq, 15 qol və 8 məhsuldar ötürmə edib./Fanat.Az/
