image-1768727275_304703_6e6iuesi9zbackend

Ödənişsiz “ChatGPT” istifadəçilərinin diqqətinə

OpenAI” şirkəti “ChatGPT” platformasında reklamların testinə start verib.

Referans Media xəbər verir ki, ilkin mərhələdə sınaq qrupları ABŞ-də xidmətin pulsuz versiyasından istifadə edən istifadəçilər arasından formalaşdırılacaq.

Şirkətin məlumatına görə, ödənişli abunəliklərdə — “Plus”, “Pro”, “Business”, “Enterprise” və “Edu” paketlərində reklamların tətbiqi nəzərdə tutulmur. Reklam blokları aydın şəkildə işarələnəcək və neyroşəbəkənin verdiyi cavablardan ayrı yerləşdiriləcək. Bildirilir ki, reklamların göstərilməsi generasiya olunan cavabların məzmununa təsir etməyəcək.

Standart olaraq reklamlar fərdiləşdirilmiş formada təqdim olunacaq. Bununla belə, istifadəçilər istənilən vaxt reklamların tənzimlənməsi üçün istifadə olunan məlumatları silə biləcəklər. “ChatGPT” ilə aparılan dialoqlar reklamverənlərə ötürülməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki