Ölən direktor Hökümənin bibisi oğlu imiş – FOTO backend

Ölən direktor Hökümənin bibisi oğlu imiş – FOTO 

  Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.

Hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 50 yaşlı müəllim yük avtomobilinin altında qalıb.

2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor “Səma Mələyi” kitabının da müəllifidir.//

Metbuat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki