Referans Media xəbər verir ki, alman xizəkçinin müvəqqəti diskvalifikasiya müddəti də daxil olmaqla, qadağası 25 noyabr 2026-cı ildə başa çatacaq. Onun 26 mart – 26 may 2025-ci il tarixləri arasında qeydə alınan bütün nəticələri ləğv edilib. Karl qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermək hüququna malikdir.
Xatırladaq ki, 2025-ci ilin mart ayında Qış Hərbi Dünya Oyunlarında Karlın dopinq nümunəsində qadağan olunmuş maddələr siyahısında olan klenbuterol aşkar edilmişdi.//publika.az























