image-israil-ordu-13backend

Ordu yüksək hazırlıq vəziyyətinə gətirildi: Yeni hücum başlayır

İran və İsrail arasında müharibə riski kəskin şəkildə artıb.

Referans Media xəbər verir ki, bu barədə İsrail mediası yazıb. Məlumatlara görə, aparılan danışıqların nəticəsiz qalması fonunda tərəflər arasında hərbi qarşıdurma ehtimalı yeni və daha təhlükəli mərhələyə daxil olub.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri artıq iki həftədir yüksək döyüş hazırlığı vəziyyətindədir və xüsusilə Hərbi Hava Qüvvələri mümkün hücum əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Eyni zamanda, ABŞ-ın regionda hərbi aktivliyinin artdığı qeyd olunur. ABŞ-a məxsus hərbi nəqliyyat təyyarələrinin həm İsrailə, həm də Fars körfəzi bölgəsinə genişmiqyaslı şəkildə yerləşdirildiyi barədə xəbərlər yayılıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki