"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...

ABŞ Prezidenti Donald Tramp özünün rəsmi "Truth Social" sosial şəbəkə hesabında qlobal miqyasda böyük əks-səda doğuracaq və siyasi gərginliyi pik həddə çatdıracaq növbəti səs-küylü bəyanatla çıxış edib.

Referans Media  xəbər verir ki, Amerika lideri solçu və kommunist qüvvələrin siyasi arenadakı son addımlarını kəskin ittihamlarla hədəf alaraq bu gəlişməyə çoxdan hazır olduğunu bəyan edib. Tramp sosial şəbəkə paylaşımında bu ideologiyanın mahiyyətini ifşa edərək yazıb: "Mən buna uzun müddət idi ki, hazırlaşırdım və bu anı gözləyirdim. Kommunist olmaq əslində çox asandır – bunun üçün sadəcə olaraq 'Mən sizə hər şeyi verəcəm' demək kifayətdir. Lakin bu, reallıqda o deməkdir ki, siz həmin sərvəti ona həqiqətən layiq olan və zəhmət çəkən insanların əlindən zorla alacaqsınız".

ABŞ dövlət başçısı bəşəriyyət tarixi boyu sol ideologiyaların gətirdiyi uğursuzluqlara diqqət çəkərək qarşıdurmanın artıq açıq müstəviyə keçdiyini elan edib: "Min illik tarix ərzində bu dağıdıcı ideologiya bir dəfə də olsun heç yerdə işə yaramayıb və heç bir müsbət nəticə verməyib. Artıq böyük oyun rəsmən başladı. Hər kəsə xoş seyirlər!"/Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki