Paltar geyinərkən diqqətli olun: Bu xəstəliklərə mağazalardan yoluxa bilərsiniz

Mağazalarda onlarla insan tərəfindən sınaqdan keçirilən geyimlərin, gigiyena qaydalarına əməl edilmədiyi təqdirdə qaşınma (uyuz), göbələk və müxtəlif bakterial infeksiyalara yol aça biləcəyi bildirilir. Dermatologiya üzrə mütəxəssis dosent Hatice Gamze Demirdağ qeyd edib ki, “mağazada daha əvvəl çox sayda insan tərəfindən geyinilmiş paltarları sınaqdan keçirmək ekzema və qızartı ilə yanaşı, yoluxucu xəstəlik riskini də artırır”.

Referans Media xəbər verir ki, alış-veriş zamanı ölçünün uyğunluğunu yoxlamaq üçün geyinilən paltarlar, gigiyena şərtlərinə diqqət edilmədikdə müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssislər sınaq zamanı geyimlərin üzərində qalan dəri qalıqları, tər və mikroorqanizmlərin bir insandan digərinə keçə biləcəyinə diqqət çəkirlər.

Xüsusilə yaxşı havalandırılmayan sınaq kabinlərində eyni geyimin çox sayda insan tərəfindən geyinilməsi uyuz paraziti və göbələk infeksiyalarının yayılması üçün əlverişli mühit yaradır.

Digər tərəfdən, bakteriya və virusların tekstil səthlərində müəyyən müddət canlı qala bildiyi, bunun isə immun sistemi zəif olan şəxslər üçün yoluxma riskini artırdığı vurğulanır. Bədənlə birbaşa təmasda olan şalvar, köynək və alt geyimlərinin sınaq prosesində yoluxma ehtimalını daha da yüksəltdiyi qeyd edilir.

Yoluxucu xəstəlik riski

Yeni geyimlərin fabrikdə istehsal mərhələsindən mağazaya çatana qədər bir çox prosesdən keçdiyini bildirən Dermatologiya üzrə mütəxəssis dosent Hatice Gamze Demirdağ deyib ki, bu müddətdə paltarlar rəng verən boyalar, qırışığı aradan qaldıran kimyəvi maddələr, yumşaldıcılar və kifə qarşı vasitələrlə təmasda olur.

Demirdağ qeyd edib ki, geyimlər mağazaya çatdıqda belə üzərlərində sağlamlıq üçün zərərli ola bilən kimyəvi qalıqlar qala bilər. Xüsusilə həssas dərisi olan şəxslərdə, allergik ekzema xəstələrində, körpə və uşaqlarda bu maddələr qaşınma, qızartı, qabıqlanma və dərinin qıcıqlanmasına, hətta allergik reaksiyalara səbəb ola bilər.

Onun sözlərinə görə, bir çox insan bədən ölçüsünü tam bilmədiyi üçün mağazalarda 4–5 fərqli geyimi sınaqdan keçirir. Halbuki bu geyimlər daha əvvəl ən azı 20–30 nəfər tərəfindən geyinilmiş ola bilər. Bu cür geyimləri sınaqdan keçirmək ekzema və qızartı ilə yanaşı, yoluxucu xəstəlik riskini də artırır. Son illərdə ölkədə müşahidə olunan uyuz halları səbəbindən, bu parazitin daha əvvəl sınaqdan keçirilmiş geyimlərdə qala bildiyi və həmin paltarların müəyyən müddət geyinilməsinin uyuz xəstəliyinə yoluxma riskini yüksəltdiyi bildirilib.

Məhsulların istehsaldan satışa qədər olan prosesinin diqqətlə aparıldığını bildirən satış məsləhətçisi Tuğba Kara isə müştərilərin aldıqları geyimləri ilk olaraq yuduqdan sonra istifadə etdiklərini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki