Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, xalq tələb edərsə, vəzifəsini tərk edəcək.
Referans Media xəbər verir ki, o bu barədə İrəvanda keçirilən seçkiqabağı kampaniya zamanı danışıb.
“Əgər 700 min nəfər - yəni seçicilərin 50 faizindən çoxu desə ki, “Nikol, qal”, Nikol qalacaq. Əgər insanlar desə ki, “Nikol, get”, onda Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri mayın 23-də İrəvanın Avan rayonuna səfər edib. O, “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri ilə birlikdə təşviqat materialları paylayıb və sakinləri iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb./musavat.com
