Martın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbəti iclasına rəhbərlik edib.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, toplantı zamanı regionda formalaşmış mövcud vəziyyət və hökumət başçısının əvvəl verdiyi göstərişlərin icra vəziyyəti nəzərdən keçirilib.
