image-aile-3backend

Psixoloq XƏBƏRDARLIQ edir: Uşaqlar aqressiyanı valideynlərindən kopyalayır…

Son zamanlar cəmiyyətdə uşaqlar arasında aqressiyanın artması ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı psixoloq Sibel Piriyeva bu problemin yaranma səbəblərini və ailə mühitinin uşaq psixologiyasına təsirlərini Oxu24.com-geniş şəkildə izah edib.

Uşaqlar arasında aqressiyanın artmasının əsas səbəbləri nələrdir?

Sibel Piriyevanın sözlərinə görə, aqressiya birbaşa insanın emosional vəziyyəti ilə bağlıdır. Emosiyalar iki qrupa bölünür:

“Təməl emosiyalar—İnsanın doğulduğu andan sahib olduğu hisslər (sevinç, kədər, təəccüb, qorxu). Məsələn, 40 günlük körpənin çimizdirilərkən kiminsə barmağından bərk yapışması onun qorxu emosiyasını göstərir.

Qazanılmış emosiyalar—İki yaşından etibarən formalaşmağa başlayan mürəkkəb hisslərdir”.

Onun sözlərinə görə, uşaqlarda aqressiyanın formalaşmasının ən mühüm faktorlarından biri erkən inkişaf dövründə nitqin olmamasıdır. Əgər uşaq öz fikrini izah edə bilmirsə və ya nitqi zəifdirsə, qarşı tərəf onu başa düşməyəndə uşaqda ciddi aqressiya yaranır. O, özünü ifadə edə bilməməyin gərginliyini bu yolla büruzə verir.

Ailədaxili problemlər və valideyn münasibətləri bu cür hallara necə təsir edir?

Psixoloq vurğulayır ki, uşaqlar dünyaya davranış qaydaları ilə gəlmirlər; onlar emosiyalara necə reaksiya verməyi böyüklərdən, xüsusən də valideynlərindən öyrənirlər:

“Uşaq aqressiyanı necə nümayiş etdirirsə (vurmaq, əşyaları dağıtmaq və s.), deməli, evdə kimsə bu şəkildə davranır. Elm sübut edib ki, uşaqdakı davranış problemləri birbaşa ailədən qaynaqlanır.

Bəzən valideynlər iş yerində və ya kənar mühitdə yaşadıqları gərginliyi (məsələn, müdirin iradları) uşağın üzərinə tökürlər. Bu da uşaqda daimi gərginlik və aqressiya kopyalanmasına səbəb olur”.

Psixoloq qeyd edir ki, uşağın əslində üç valideyni var: ata, ana və onların arasındakı münasibət. Valideynlər arasındakı sağlam olmayan ünsiyyət birbaşa uşağın psixikasına və davranışına təsir edir.

Nəticə olaraq: Əgər uşağınızda səbəbsiz aqressiya müşahidə edirsinizsə və onun nitqində problem yoxdursa, ilk növbədə öz davranışlarınıza və ailə daxilindəki münasibətlərə nəzər salmalısınız. Uşaq sizin emosional əksinizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki