image-putin-netenyahubackend

Putin İrana görə Netanyahuya zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Referans Media  xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Zəng zamanı Yaxın Şərqdə, xüsusilə İrandakı vəziyyətin müzakirə edildiyi bildirilir. Rusiya lideri söhbət çərçivəsində regionda sabitliyin qorunması üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb və Rusiyanın bütün tərəflər arasında dialoqun inkişafı üçün vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bildirib.

Həmçinin tərəflərin müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəldikləri bildirilib.globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki