image-tehranbackend

Qacarlar dövrünə aid Gülüstan sarayı hücumlar nəticəsində zərər görüb

UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Tehrandakı Gülüstan sarayı hava hücumları nəticəsində zərər görüb.

Referans Media xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Saray Qacar ​​dövrünün şah əsəri hesab olunur. Saray Tehranın ən qədim bina komplekslərindən biridir. Saray 1779-cu ildə hakimiyyətə gələn və Tehranı ölkənin paytaxtı edən Qacar ​​hökmdarlarının iqamətgahı olub.

Saray 2013-cü ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısındadır.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki