Bakıda 25 il əvvəl 25 yaşlı qızı öldürən şəxs tutuldu

Bakıda 25 il öncə törədilən qətlin üstü açılıb.

Referans Media Axar.az-a istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.

Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki