Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - Anbaan- Video

Bir neçə gün əvvəl Qara dənizdə Türkiyəyə məxsus “Ro-Ro” tipli “Nadezhda” gəmisi PUA hücumuna məruz qalıb.

Referans Media  xəbər verir ki, Oxu.az həmin hücumun anbaan görüntülərini əldə edib.

Videoda PUA-nın gəmiyə çırpılma anı və göyərtədəki azərbaycanlılardan bir neçəsinin xəsarət alması əks olunub.

Məlumata görə, gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib.

Ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.

Sözügedən görüntüləri təqdim edirik: 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki