“Qarabağ” – “Ayaks” qarşılaşması rəqib komandanın qələbəsi ilə başa çatıb.
“Qarabağ” 2 – 4 “Ayaks”
Hesab arasındakı fərq kəskin artıb.
Referans Media xəbər verir ki, “Ayaks”ın oyunçusu Oskar Qlox (90`) dördüncü qolu vuraraq hesab arasındakı fərqi 2-yə qaldırıb.
“Ayaks” üçüncü qolunu vurub.
Referans Media xəbər verir ki, Anton Qaey (83`) üçüncü qolu vurmaqla komandasını hesabda irəli aparıb.
“Qarabağ” və “Ayaks” qarşılaşmasında hesab yenidən bərabərləşib.
Referans media xəbər verir ki, oyunun dördüncü, rəqib komandanın isə ikinci qoluna Oskar Qlox (79`) imza atıb.
Qeyd edək ki, bu onun Çempionlar Liqasında ilk qoludur.
“Qarabağ” oyunun ikinci hissəsinə qolla başlayıb.
Referans Media xəbər verir ki, komandamızın ikinci qolunun müəllifi Silva olub.
Oyunda ilk hissə başa çatıb.
Referans Media xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla çıxıblar.
“Qarabağ” 1 – 1 “Ayaks”
***22:27
“Qarabağ” – “Ayaks” qarşılaşmasında ikinci qol vurulub.
Globalinfo.az xəbər verir ki, oyunun 39-cu dəqiqəsində Kasper Dolberq hesabı bərabərləşdirib.
“Qarabağ” oyunda ilk qola imza atıb.
Referans Media xəbər verir ki, 10-cu dəqiqədə Kamilo Duran rəqib qapısından qol keçirib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.
Referans Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün baş hakimi sloveniyalı Rade Obrenoviçdir.
