image-qaz_1765464653backend

Qaxda mindən çox abonentin qazı kəsildi

Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi, Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Referans Media  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki