Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

İsrail ordusu Qəzza zolağında keçirdiyi bir neçə hədəfli əməliyyat nəticəsində HƏMAS-ın hərbi qanadının dörd üzvünü öldürüb.

Referans Media  xəbər verir ki, İsrail ordusunun məlumatına görə, öldürülənlərdən biri – Məhəmməd əl-Aruf 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edib.

Ordunun bəyanatında bildirilib ki, son vaxtlar HƏMAS üzvləri İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumları intensivləşdirib, həmçinin atəşkəsi sistematik şəkildə pozaraq təşkilatın hərbi imkanlarını bərpa etməyə çalışıblar.

İsrail tərəfi zərbələr endirilməzdən əvvəl mülki əhali arasında itkiləri minimuma endirmək üçün tədbirlər görüldüyünü də vurğulayıb./Bizim.Media/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki