Sisi bu tarixədək prezident olacaq

Misir prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə bitəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, əs-Sisi prezidentlik dövrünün uzadılması üçün konstitusiyada dəyişikliklər edilməsi fikrini istisna edib.

    “2030-cu ildə mənin prezidentlik dövrüm başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – o bildirib.

    Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən bəri Misir dövlətinə rəhbərlik edir.(APA)


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki