Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
 
Referans Media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,86% azalaraq 4 114 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti isə 0,17% artaraq 62,18 ABŞ dolları təşkil edib.

 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki