Tramp neft qiymətlərindən narazıdır - Araşdırma aparılacaq

ABŞ Prezidenti Donald Tramp ölkəsində neft qiymətlərinin kifayət qədər sürətlə düşməməsindən narazılığını ifadə edərək, bu vəziyyətlə bağlı araşdırma aparılmağı tələb edib.

Referans Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" səhifəsində yazıb:

 "Böyük neft şirkətləri neftin qiymətini ödədikləri kəskin aşağı qiymətlərlə mütənasib olaraq endirmirlər. Mən Ədliyyə Nazirliyinə dərhal bu məsələni araşdırmağa başlamağı tapşırdım".

 Tramp daha əvvəl iddia etmişdi ki, iyunun 22-də Hörmüz boğazından təxminən 19 milyon barel neft keçib.

 "Neft qiymətləri aşağı düşür və dünya daha təhlükəsiz bir yerdir", - deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki