image-petrol-fiyatlari-ucuyor-son-4-yilin-zirvesine-19792102_2115_ampbackend

Qlobal bazarlar alovlandı: Brent 125 dolları keçdi

Qlobal enerji bazarlarında kəskin bahalaşma davam edir. Brent neftinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə yüksələrək 125 dollar həddini keçib.

Referans Media xəbər verir ki, artımın əsas səbəbi kimi Donald Tramp tərəfindən verilən açıqlama göstərilir. O, Hörmüz boğazı bölgəsində tətbiq olunan dəniz blokadasının İran ABŞ ilə razılaşma əldə edənə qədər davam edəcəyini bildirib.

Açıqlamadan sonra enerji bazarlarında sürətli reaksiyalar müşahidə olunub. Brent neftin qiyməti qısa müddətdə 6%-dən çox artaraq 125 dolları keçib. ABŞ markalı WTI nefti isə 110 dollar səviyyəsinin üzərinə çıxıb.

Analitiklər bildirirlər ki, Hörmüz boğazı dünya neft daşımalarının ən kritik nöqtələrindən biri olduğu üçün bu bölgədəki hər hansı gərginlik qlobal bazarlarda dərhal təsir yaradır.

Mütəxəssislərin fikrincə, mövcud vəziyyət davam edərsə, enerji qiymətlərində dalğalanma daha da güclənə və qlobal inflyasiya riskləri arta bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki