Şəmkirdə qonşusunun internetinə qoşulmaq istəyən 2002-ci il təvəllüdlü Röyal Qasımov başına iş açıb.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Belə ki, içkili halda üzbəüz qonşunun evinə internetə qoşulmaq üçün daxil olan 23 yaşlı gəncin əməli Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edilib.
Mənzildə yaşayanın iradəsinin ziddinə mənzilə daxil olmaqda təqsirləndirilən şəxs 2000 manat məbləğində cərimə edilib.
Röyal Qasımov istintaq dövründə 1 ay 17 gün həbsdə olduğu üçün onun cəriməsi 1000 manata endirilib.




















