image-xalq-artistleribackend

Rasim Balayevdən sonra gündəmə gəldi – Siyahıda Röya da var…

Azərbaycanda bəzi məşhurların həyatdan küsülü şəkildə ayrılması cəmiyyətdə həmişə böyük diqqətlə qarşılanır.

Xalq artisti Rasim Balayevin kinorejissor Əbdül Mahmudbəyovla (Şeyx Əbdül) küsülü olması barədə yayılan xəbərlər bu məsələni yenidən gündəmə gətirib.

Bəs Azərbaycanın sənət camiəsində başqa hansı məşhurlar küsülü olaraq vəfat edib?

Referans Media xəbər verir ki, globalinfo.az bu istiqamətdə araşdırma aparıb.

Xalq artisti İlhamə Quliyeva sağlığında həm Xalq artisti Flora Kərimova, həm müğənni, aktyor Sərxan Kərəmoğlu, həm də Xalq artisti Nazpəri Dostəliyeva ilə küsülü olub. Elə küsülü olaraq da vəfat edib.

Oxşar vəziyyət digər mərhum sənətçilərdə də müşahidə olunub. Belə ki, Xalq artisti Ramiz Əzizbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ilə, Rasim Balayev isə yaxın dostu Şeyx Əbdül Mahmudov ilə küsülü vəziyyətdə vəfat edib.

Bundan başqa, Əməkdar artist Aygün Bəylər Xalq artisti Röya Ayxan ilə, Xalq artisti Siyavuş Aslan həyat yoldaşı Ofelya Aslan ilə, Xalq artisti Rafael Dadaşov isə xanımı Sədaqət Dadaşova ilə küsülü halda dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki