Romantik rəqs faciə ilə bitdi: gəlin xəstəxanalıq oldu?

Sosial şəbəkələrdə yayılan bir toy videosu qısa zamanda viral olub və geniş müzakirələrə səbəb olub. Açıq havada keçirilən dəbdəbəli toy mərasimində baş verən hadisə həm gülüş, həm də həyəcan dolu anlara səbəb olub.

Referans Media xəbər verir ki, görüntülərdə yeni evlənmiş cütlüyün şampan açaraq musiqi sədaları altında rəqs etdiyi görünür. Şən və coşqulu atmosferdə bəy həyat yoldaşını romantik bir hərəkətlə geriyə doğru əymək istəyir.

Lakin gözlənilməz tarazlıq itkisi nəticəsində gəlin qəfil yerə yıxılır. Ətrafdakı qonaqların alqışları və konfeti partlayışları arasında baş verən bu an sosial şəbəkələrdə böyük rezonans doğurub.

Video qısa müddətdə minlərlə baxış toplayıb və istifadəçilər müxtəlif şərhlər yazıblar. Bəzi izləyicilər hadisəni yumorla qarşılayaraq “Gəlin artıq ərinə də güvənməyəcək” kimi şərhlər bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki