“Fənərbaxça”nın baş məşqçisi Emre Belözoğlu komandasının UEFA Çempionlar Liqasının V turunda “Şaxtyor Donetsk”lə oyunu öncəsi futbolçuların psixoloji vəziyyətindən danışıb.
Referans Media xəbər verir ki, o, komandanın əsas problemlərindən birinin futbolçularda özünəinam çatışmazlığı olduğunu bildirib. Belözoğlu oyunçuların azarkeşlərin və klub ictimaiyyətinin dəstəyinə ehtiyac duyduğunu vurğulayıb.
“Futbolçularımızın həqiqətən güvənə ehtiyacı var. Onların arxasında dayanan, birlikdə hərəkət edən azarkeşlərə və klubun güclü dəstəyini hiss etməyə ehtiyacları var”, – deyə o qeyd edib.
Baş məşqçi Çempionlar Liqasında ilk 24-lüyə düşməyin “Fənərbaxça” üçün konkret hədəf olduğunu da bildirib. O, “Şaxtyor”la qarşılaşmanın həm özü, həm də rəqib komandanın baş məşqçisi Arda Turan üçün xüsusi təcrübə olacağını söyləyib.
