Rusiya BMT-nin avtomobillərinə HÜCUM EDİB

Ukraynanın Xerson vilayətində BMT-nin humanitar missiyasına məxsus avtomobillər hücuma məruz qalıb.
Referans Media xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri Xerson şəhərinin Korabelnı rayonunda humanitar missiyanın nəqliyyat vasitələrinə qarşı drondan istifadə edib.

"Rusiya Silahlı Qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq, humanitar missiya avtomobillərinə hücum edib. Nəticədə BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisinə məxsus nəqliyyat vasitələrinə ziyan dəyib", – deyə Prokudin bildirib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki