Rusiya ilə sərhəddə hazırlıq: NATO ölkəsi hücuma keçir?

“Finlandiya Rusiyaya qarşı hərbi təxribat hazırlayır”.

Referans Media xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tomas Malinen deyib.

Ekspert hesab edir ki, NATO ilə Rusiya arasında silahlı münaqişə 1-3 il ərzində və çox güman ki, alyans qüvvələri tərəfindən saxta bayraq altında başlaya bilər.

Qeyd edək ki, noyabrın 17-də Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda, 2000-dən çox hərbçi və 500 texnikanın cəlb olunduğu “Norter Spike 25” adlı artilleriya təlimləri başlayıb. Təlimin məqsədi çətin qış şərtlərində artilleriya imkanlarını sınaqdan keçirmək idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki