backend

Rusiyada məktəbə hücum: şagirdi öldürüldü, yaralı var – VİDEO

Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.

Referans Media  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.

Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.

Rusiyada 15 yaşlı yeniyetmə məktəbdə şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb - FOTO - VİDEO - YENİLƏNİB

Onun köynəyinin üzərində “Heç kimin həyatı vacib deyil” yazısı olub.

Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.

X X X

Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.

Referans Media  xəbər verir ki, insident Qorki-2 qəsəbəsində Uspenskaya orta məktəbində baş verib.

İlkin məlumata görə, məktəbli bir mühafizəçini və şagirdi bıçaqlayıb.

“Baza”nın məlumatına görə, Qorki-2 qəsəbəsindəki məktəbə edilən hücumda bir uşaq ölüb, daha iki nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki