Rusiyadan Ermənistana ağır zərbə: Mayın 30-dan etibarən...

Rusiya mayın 30-dan etibarən Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalını məhdudlaşdırır.

Referans Media xəbər verir ki, bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") qəbul edib.

Qadağaların Ermənistandan idxal edilən məhsulların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər qüvvədə qalacağı bildirilir.

Adıçəkilən dövlət orqanı mövcud vəziyyətin Rusiyanın fitosanitar statusu üçün təhlükə yaratdığını iddia edir. 

Qurumdan verilən məlumata görə, Ermənistanın səlahiyyətli qurumu əvvəllər müəyyən edilmiş pozuntularla bağlı müvafiq tədbirlər görməyib:

“Əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində, 21 may - 27 may 2026-cı il tarixlərində “Rosselxoznadzor” Ermənistandakı müəssisələrdə yoxlama aparıb və bu yoxlama zamanı bir sıra pozuntular, xüsusilə istixana komplekslərində Avrasiya İqtisadi Birliyinə üzv dövlətləri üçün karantin obyektlərinin olması aşkar edilib. Ermənistan meyvə-tərəvəz məhsullarının idxalı zamanı onların sistematik şəkildə aşkarlanması halları bunu təsdiq edir - 2026-cı ildə 181 hal”.

Həmçinin, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətin məlumatına görə, karantin fitosanitar nəzarətindən yayınaraq Ermənistanın mülkiyyət forması məlum olmayan çoxsaylı xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən külli miqdarda meyvə-tərəvəz məhsulları tədarük olunur:

“Bu, erməni həmkarlarımızın Rusiyaya məhsul ixrac edərkən izləmə sisteminin olmadığını göstərir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki