Rusiyaya gedən azərbaycanlılara yeni tələb: Bu qaydaya əməl etməyənlər...

İyulun 1-dən etibarən Rusiyaya vizasız rejimlə səfər edən xarici vətəndaşlar üçün yeni giriş qaydaları qüvvəyə minib.

Referans Media  Konkret.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları da daxil olmaqla, Rusiyaya vizasız daxil olan əcnəbilər ölkəyə səfər etməzdən əvvəl “Gosuslugi RuID” mobil tətbiqi vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər.

 
Məlumata görə, giriş üçün elektron müraciət sərhədi keçməzdən ən tez 90 gün, ən gec isə 72 saat əvvəl təqdim edilməlidir. Müraciət təsdiqləndikdən sonra istifadəçiyə sərhəddə təqdim ediləcək xüsusi QR kod formalaşdırılır.
Yaxın qohumun ağır xəstələnməsi və ya vəfatı kimi təxirəsalınmaz hallarda isə müraciəti sərhədi keçməyə 4 saat qalmış da göndərmək mümkündür. Bu zaman fövqəladə halı təsdiqləyən sənədlərin təqdim edilməsi tələb olunur.

Yeni qaydalar Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, diplomatlara, beynəlxalq təşkilatların əməkdaşlarına və bəzi digər kateqoriyalara şamil edilmir.
Qeyd edək ki, bu sistem Rusiyaya vizasız giriş edən xarici vətəndaşların əvvəlcədən elektron identifikasiyası və sərhəd nəzarətinin rəqəmsallaşdırılması məqsədilə tətbiq olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki