Xalq artisti Fatma Mahmudova qızı, müğənni Nigar Tofiqin toy hazırlıqlarına başladıqlarını açıqlayıb.
Referans Media xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində bildirib ki, toyun dəqiq tarixi hələ açıqlanmasa da, məclislərin sentyabr ayında həm Bakıda, həm də Qarabağda keçirilməsi planlaşdırılır.
Fatma Mahmudovanın sözlərinə görə, keçiriləcək mərasim adi toy olmayacaq. O, məclisin milli adət-ənənələrə uyğun, Qarabağ ruhunu əks etdirən xüsusi formatda təşkil ediləcəyini vurğulayıb.
Xalq artisti əlavə edib ki, toyda onu sevən sənət dostları, eləcə də çoxsaylı qarabağlı qonaqlar iştirak edəcəklər.
Qeyd edək ki, Nigar Tofiq bu ilin may ayında duet ortağı Xan Qaraxanoğlu ilə nişanlanıb. Toy mərasiminin də yaxın aylarda baş tutacağı gözlənilir. \\milli.az
