Şad xəbər: Hava temperaturu sabahdan bu qədər aşağı düşəcək

Referans xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda əks olunub.

Bildirilib ki, Bakıda və Abşeronda havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq.

Hava proqnozu ilə bağlı ümumi məlumatlarda isə şənbə və bazar günləri hava temperaturunun daha 2 dərəcə aşağı düşəcəyi ehtimal edilir. Gələn həftənin cümə gününə qədər isə ümumilikdə bugünlə müqayisədə 6 dərəcə temperatur fərqi olacağı və havanın 29-34 dərəcə istiyə qədər sərinləşəcəyigözlənilir.

Qeyd edək ki, bir neçə gündür ardıcıl olaraq Bakıda və Abşeronda gecə 25-29, gündüz 35-40 dərəcə isti qeydə alınır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki