“Günəş nisbi sakitlik nümayiş etdirsə də, yaxın saatlarda vəziyyət dəyişəcək”.
Referans Media xəbər verir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri bildiriblər.
Məlumata görə, cari həftə sabit maqnitosferlə başlayıb:
“14-16 yanvar tarixləri arasında üç günlük dövrün təhlili göstərir ki, Yer kürəsinin maqnitosferi əhəmiyyətli dalğalanmalar olmadan sabit qalıb. Lakin Günəş Astronomiyası Laboratoriyasının hesablamalarına görə, 17 yanvar tarixində maqnit fırtınaları olacaq, ehtimal 65 faizdir”.
Bildirilib ki, pik aktivlik sabah günortadan sonra və axşam saatlarında baş verəcək.























