Samirə Məmmədovaya yeni vəzifə verildi

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

Referans Media  xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.

Belə ki, ADY-nin İnsan Resursları Departamentinin İşə qəbul şöbəsinin müdiri Samirə Məmmədova vəzifəsindən azad olunub. O, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Məmmədova 2024-cü ildən ADY-də çalışır./iqtisadiyyat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki