Rusiyanın XİN rəhbəri Sergey Lavrov BMT Baş Assambleyasının iclası çərçivəsində Almaniya xarici işlər naziri ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Rusiya və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri də müzakirə ediblər.
Bu, Rusiya və Almaniya xarici işlər nazirlərinin 4,5 ildən sonra ilk görüşüdür.
