İnterpolun "qırmızı bildiriş"i ilə beynəlxalq axtarışda olan Ukrayna vətəndaşı Batumidə saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Əməliyyat Mərkəzi Cinayət Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Acarıstan Polis Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Gürcüstan nazirliyinin məlumatına görə, həbs İsveçrə hüquq-mühafizə orqanlarının sorğusu əsasında həyata keçirilib. Ukraynalı həmçinin qətldə ittiham olunub.
