image-samuxbackend

Samuxda ailə DRAMI – 21 yaşlı oğul anasını bıçaqladı – DETALLAR

Samuxda kəsici-deşici alətdən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Referans Media Bizim.Media-nın yerli bürosa istinadən xəbər verir ki, Əhmədbəyli kənd sakini 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova dərhal əməliyyata götürülüb. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin versiyaya görə, kənd sakini, Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki