Pensiya kapitalı ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR –  Yığılan vəsaitin hamısını götürə bilərik?backend

Pensiya kapitalı ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR –  Yığılan vəsaitin hamısını götürə bilərik?

Son günlər sosial şəbəkələrdə vətəndaşların “Sea Breeze”
yaşayış kompleksindən mənzil ala bilmələri üçün şəxsi fərdi pensiya
kapitallarını təmamilə götürərək istifadə edə biləcəkləri ilə bağlı məlumat
yayılıb.

 

Bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Sözügedən informasiya realdırmı? Ümumiyyətlə, hansısa halda
vətəndaş pensiya kapitalının tamamından istifadə edə bilər? Azərbaycanda vətəndaşlar
üçün belə bir güzəşt nəzərdə tutulur?

 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Mətbuat
katibi Rəşad Mehdili Referans
-a açıqlamasında Azərbaycan qanunvericiliyində
pensiya kapitalından bu formada istifadənin nəzərdə tutulmadığını deyib.

 

“Deyilən fikirlər həqiqəti əks etdirmir və şayədir. Çünki
qanunvericiliyə görə, vətəndaşın fərdi şəxsi hesabında toplanan pensiya kapitalını
birdəfəlik əldə etməsi mümkün deyil”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, bir sıra xarici ölkələrin təcrübəsində artıq bu üsul öz öksini tapıb. 

 

“Pensiya
kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdəndir. Bununla bağlı
2025-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim
olundu. Bir sıra ölkələrdə – Sinqapur, ABŞ olduğu kimi pensiya kapitalından
istifadə ilə bağlı təklifləri bildirdir. Əsas təklif pensiya kapitalının bir
hissəsinin pensiya kapitalının formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam
olmadan istifadə edilmə imkanının yaradılmasıdır. Məsələn, ABŞ-da minimum
pensiya anlayışı ilə yanaşı, həmçinin orta pensiya anlayışı mövcuddur. Daha çox
orta pensiya kapitalına malik olan şəxslər həmin kapitaldan istifadə edə bilirlər.
Bu həm onlara imkan verir ki, daha tez pensiya kapitalından yararlansınlar, həm
də bütövlükdə pensiya kapitalının bir hissəsini istehlaka yönəltsin. Buna görə
də oxşar praktikanın tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə
qiymətləndirilməsini aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir”.

 

Deputat
qeyd edib ki, bütövlükdə pensiya kapitalının bir hissəsindən kredit borcunun ödənilməsi,
təhsil və səhiyyə xidmətlərinin ödənişləri üçün istifadə oluna bilməsi pensiya
kapitalının yığımına marağı artıra bilər. Eyni zamanda bu rəsmi məşğulluğun
genişləndirilməsi və qeyri-rəsmi məşğulluğun payının azaldılması ilə bağlı da
olduqca vacibdir.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki