Səbuhi Sadıqova yüksək vəzifə verildi

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin olunub.

Referans Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla Agentliyin sədri Səbuhi Sadıqov əmr imzalayıb.

Əmrə əsasən, Əhməd Talıbov Agentliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Əhməd Rövşən oğlu Talıbov 1989-cu ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistr dərəcəsini alıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki