Azərbaycanda tələbənin binadan yıxılaraq ölməsinin bəzi təfərrüatı məlum olub.
Referans Media bildirir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Həsən Əlili 5-ci mərtəbənin eyvanından yıxılaraq həyatını itirib.
Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir. O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərib./Oxu.az/
