“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni təyinat baş tutub.
Referans Media xəbər verir ki, Nihat Axundov ASCO-da departament müdirinin müavini vəzifəsinə təyin olunub.
O, daha əvvəllər Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) şöbə müdiri, AZERA Holding-də satınalma departamentinin rəhbəri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində şöbə müdiri vəzifələrində çalışıb./Yurd.Media/

